Bosniya millisinin heyəti açıqlandı - Zeko da milli komandaya çağırıldı
Bosniya və Herseqovina millisinin DÇ-2026 üçün 26 nəfərlik ilkin heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, baş məşqçi Sergey Barbarez 40 yaşlı Edin Zekonun da adını siyahıya əlavə edib.
Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.
Bosniya və Herseqovina qrup mərhələsində Kanada, Qətər və İsveçrə ilə qarşılaşacaq.
Qapıçılar: Nikola Vasil, Martin Zlomisliç, Osman Hacikiç
Müdafiəçilər: Sead Kolasinats, Amar Dediç, Nihad Muyakiç, Nikola Katiç, Tarik Muharemoviç, Stepan Radeliç, Dennis Hacikaduniç, Nidal Çelik
Yarımmüdafiəçilər: Əmir Haciahmetoviç, İvan Şunyiç, İvan Başiç, Cenis Burniç, Ermin Mahmiç, Benjamin Tahiroviç, Armin Qiqoviç, Kerim-Sam Alaybeqoviç
Hücumçular: Amar Memiç, Esmir Bayraktareviç, Ermedin Demiroviç, Yovo Lukiç, Samed Bajdar, Haris Tabakoviç, Edin Zeko
