Fiziyev Bakıdakı UFC turnirinə hazırlığı Tailandda davam edir - VİDEO
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev Bakıda keçiriləcək UFC turnirinə hazırlığı Tailandda davam edir.
"Mediasport" xəbər verir ki, həm texniki hazırlığına diqqət ayıran, həm də sparrinq üzərində çalışan 33 yaşlı idmançı "Tiger Muay Thai" düşərgəsindədir.
Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb.
Onun rəqibi Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).
Bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.
View this post on Instagram
