Azərbaycan prezidentinin ailə üzvləri UFC yarışında - FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvləri dünən Bakıda ilk dəfə keçirilmiş "UFC Fight Night" turnirini izləyiblər.
"Mediasport" xəbər verir ki, rəsmi qonaqlar Bakı Kristal Zalında baş tutan döyüşlərə baxıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və ailə üzvləri sonda UFC-nin prezidneti Dana Uayt ilə şəkil çəkdiriblər.
Qeyd edək ki, yarışda ümumilikdə 24 idmançı qüvvəsini sınayıb. Azərbaycanın turnirə qatılan 3 təmsilçisindən Rafael Fiziyevlə Nazim Sadıxov qələbə qazanıb, Tofiq Musayev məğlub olub.