İki idmançımızın Əbu Dabi yarışında döyüşəcəyi dəqiqləşdi

Azərbaycanın iki MMA təmsilçisi ВƏƏ-nin paytaxtı Əbu Dabidə keçiriləcək "UAE Warriors 62" turnirində iştirak edəcək.
"Mediasport" xəbər verir ki, idmançılarımızdan Əli Quliyev mərakeşli İlias Bulaidlə, Asəf Çopurov isə braziliyalı Joao Pedro ilə döyüşəcək.
Yarış iyulun 24-də təşkil olunacaq.