"Neftçi" 75 il əvvələ döndü - VİDEO
"Mediasport" Tofiq Bəhramov adına Respublika stadionunun açılışının 75 illiyi münasibətilə veteranlar arasında keçirilmiş "Neftçi" - "Spartak" Vilnüs (Litva) matçına həsr edilmiş videonu təqdim edir.
Görüş təmsilçimizin 10:9 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, mərkəzi arenanın istifadəyə verildiyi gün - 1951-ci il sentyabrın 16-da məhz bu iki komanda qarşılaşıb və "Neftçi" 4:0 hesablı qələbə qazanıb.

