Avropa Konfrans Liqası: "Sabah"ın ev oyununa 5 min bilet satıldı

Avropa Konfrans Liqası: "Sabah"ın ev oyununa 5 min bilet satıldı

"Sabah"ın UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın “Petrokub” klubuna qarşı oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

"Mediasport" xəbər verir ki, görüşə artıq 5000 bilet satılıb.

İyulun 31-də Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək matç saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan Kubokunun qalibi ötən həftə Moldovada baş tutan ilk qarşılaşmada 2:0 hesablı qələbə qazanıb.