"Qarabağ"dan NÖVBƏTİ YENİLİK: Rəsmi onlayn fanşop açıldı

"Qarabağ" daha bir yeniliyə imza atıb.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun rəsmi onlayn fanşopu istifadəyə verilib.
"Köhlən atlar"ın azarkeşləri qarabagh.shop saytına daxil olaraq klubun formalarını və digər məhsulları sifariş edə bilərlər.
Forma alındıqdan sonrakı 1-3 gün ərzində müştəriyə çatdırılır.