"Neftçi" Bakıda Estoniya klubu ilə qarşılaşır - FİBA Avropa Kuboku

"Neftçi" basketbol klubu bu gün FİBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" qrup mərhələsinin ikinci turu çərçivəsində Bakıda Estoniyanın "Kalev" kollektivini qəbul edəcəklər.
Bakı İdman Sarayında baş tutacaq görüş saat 18:30-da başlanacaq.
Xatırladaq ki, "Neftçi" qrupun ilk matçında Polşada "Trefl"ə uduzub.
Bu qrupda yer alan digər təmsilçimiz "Abşeron Lions" sabah Bakıda "Trefl"lə qarşılaşacaq.