Azərbaycan çempionatında iki yarımfinalçının adı məlum oldu
Azərbaycan Basketbol Liqasında (ABL) iki yarımfinalçı müəyyənləşib, digər ikisi isə həlledici oyunla məlum olacaq.
"Mediasport" xəbər verir ki, son çempion "Sabah" və "Abşeron Lions" 1/4 finalın ikinci qarşılaşmalarını da qələbə ilə başa vuraraq yarımfinala vəsiqə əldə ediblər.
"Gəncə" - "Ordu" və "Neftçi" - NTD cütlərində isə komandaların hərəsi bir dəfə qalib gəldiyi üçün qalib üçüncü görüşün nəticəsində bilinəcək.
Xatırladaq ki, reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə çıxırlar.
