Böyükhesablı məğlubiyyətin şərhi: "Hər şeyə real yanaşmaq lazımdır”
“Təbii ki, uduzmaq istəməzdik. Amma nəzərə almaq lazımdır ki, komandamız çox gəncdir. Ortalama yaşımız 18-dir".
"Mediasport" xəbər verir ki, bu sözləri qadın basketbolu üzrə Azərbaycan millisinin baş məşqçisi İoannis Diamantakos deyib.
Bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru vəzifəsini də icra edən yunanıstanlı mütəxəssis AVRO-2029-un seçmə qrup mərhələsinin ilk turu çərçivəsində İsveçrə yığmasına məğlubiyyəti şərh edib:
"Bu gün Angelina İsmayılova meydanda ən yaxşılardan idi. Mən komandamla çox fəxr edirəm. Çünki komandamın gələcəyi də var”.
Amma üzərimizdə işləyəcəyik. Qarşıdakı oyunlardan da gözləntim odur ki, daha çox təcrübə qazanaq.
Komandamın yaş ortalaması aşağıdır. Əsas hədəfimiz odur ki, bu matçlarda təcrübə qazanaq. Hər şeyə real yanaşmaq lazımdır”.
Xatırladaq ki, komandamız Bakıda rəqibinə 33:84 hesabı ilə uduzub.

