Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürəcək

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürəcək

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürəcək.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Bakı İdman Sarayında əvvəlcə "Ordu" "Sumqayıt"la, daha sonra "Sabah" "Quba" ilə qarşılaşacaq.

"Gəncə" - "Neftçi" və "Abşeron Lions" - "Şəki" duelləri isə sabah reallaşacaq.