Belaruslu mütəxəssis Naxçıvan klubunun baş məşqçisi təyin edildi
“Naxçıvan” basketbol komandasının baş məşqçisi açıqlanıb.
"Mediasport" xəbər verir ki, Muxtar Respublika təmsilçisi Georgi Kondruseviçlə anlaşıb.
Belaruslu mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
O, son olaraq ölkəmizdə “Lənkəran” komandasında işləyib. 2014-2021-ci illərdə isə ölkəsinin U-20 komandasının baş məşqçisi olub.

