Yığmamızın İrlandiya ilə səfər oyunu üçün heyəti müəyyənləşdi
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin təsnifat mərhələsində İrlandiya ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev sabah 12 basketbolçunun xidmətindən yararlana biləcək.
Səfər matçı üçün heyətə Emmanuel Aqbason, Vesli Van Bek , Ulaş Turqut, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı və Şirzad Şirzadovun adı daxil edilib.
Sabah Dublindəki "National Basketball Arena"da baş tutacaq İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.
