"Şəki"yə bürünc medal qazandıran mütəxəssis haqqında qərar verildi

"Şəki" Basketbol Klubu baş məşqçisi Bedri Meriçlə bağlı qərarını açıqlayıb.
"Mediasport" xəbər verir ki, türkiyəli mütəxəssislə müqavilənin müddətini uzadılıb.
Meriçlə mövsümün sonunadək nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Xatırladaq ki, "Şəki" ötən mövsüm Azərbaycan Basketbol Liqasında üçüncü yeri tutub.