Kriştiano Ronaldonun kumiri olan "Neftçi"nin yeni üzvünün hədəfləri

"Neftçi”də məqsədim irəliyə getmək, bu mövsüm komandanın hədəflərinə çatması üçün faydalı oyunçu olmaqdır".
"Mediasport" xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Luis Ortis deyib.
Klubun mətbuat xidmətinə açıqlama verən paraqvaylı sol cinah yarımmüdafiəçisi hədəflərindən danışıb:
"Kumirim həmişə Kriştiano Ronaldo olub. Onun “Real”dakı oyunlarına baxırdım. Mənim 3 əsas xüsusiyyətim, düşünürəm ki, top qəbulu, zərbə və sürətdir".
Qeyd edək ki, "ağ-qaralar" 23 yaşlı futbolçunu Paraqvayın "Sportivo Ameliano" klubundan 1 illik icarəyə götürüblər.