"Qəbələ" müdafiəçi transfer etdi
"Qəbələ" daha bir futbolçunun transferini gerçəkləşdirib.
"Mediasport" xəbər verir ki, "qırmızı-qaralar" Konqo Demokratik Respublikasından olan Natan Monzanqo ilə 1+1 illik müqavilə bağlayıb.
25 yaşlı mərkəz müdafiəçisinin son klubu "Bravo" (Sloveniya) olub.
O, buna qədər "Şole", "Amyen", "Pau", "Vilfranş" (hamısı Fransa), "Rizəspor" (Türkiyə) klublarının formasını geyinib.


