"Neftçi"də türkiyəli mütəxəssis
"Neftçi"də yeni təyinat olub.
"Mediasport" xəbər verir ki, türkiyəli hüquqşünas Emin Özkurt paytaxt təmsilçisinin hüquqi müstəvidə olan məsələlərini həll edəcək.
Mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Azərbaycanın ən köklü klublarından biri olan "Neftçi"nin hüquqi danışmanlığını və klubun vəkili vəzifəsini yerinə yetirəcəm.
Bizə göstərdikləri etimada görə klub rəhbərliyinə - Baş İcraçı Direktor Cenk Sümerə təşəkkür edir və uğurlu mövsüm arzulayıram".
Xatırladaq ki, o, "Özkurt Hüquq Bürosu"nun rəhbəridir.


