Ayxan Abbasov Azərbaycan millisinə yeni futbolçular çağırdı

 Ayxan Abbasov Azərbaycan millisinə yeni futbolçular çağırdı

Azərbaycan milli komandasının UEFA Millətlər Liqası və yoxlama matçı üçün 27 nəfərlik heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, baş məşqçi Ayxan Abbasov yığmaya yeni futbolçular cəlb edib.

“Sumqayıt”ın yarımmüdafiəçisi Nihad Əhmədzadə, “Qəbələ”nin müdafiəçisi Eşqin Əhmədov və İtaliyanın “Sampdoriya” klubunun hücumçusu Lorenzo Mezzotero A milliyə çağırılıb.

Həmçinin "Pafos"da oynayan U-21 yığmamızın üzvü Murad Məmmədov ilk dəfə əsas komandada olacaq.

Xatırladaq ki, komandamız noyabrın 13-də səfərdə Lixtenşteyn kollektivi ilə qarşılaşacaq.

Noyabrın 16-da isə yoldaşlıq oyununda rəqibimiz Andorra futbolçuları olacaq.



Nr.  Adı / Soyadı Klub
1 Şahruddin Məhəmmədəliyev Qarabağ
2 Aydın Bayramov Zirə
3 Emil Balayev Neftçi
4 Bədavi Hüseynov Qarabağ
5 Elvin Bədəlov Neftçi
6 Anton Krivotsyuk Daejon (C.Koreya)
7 Rahil Məmmədov Turan Tovuz
8 Rəhman Daşdəmirov Sabah
9 Rüfət Abbasov Neftçi
10 Toral Bayramov Bursaspor (Türkiyə)
11 Eşqin Əhmədov Qəbələ
12 Tellur Mütəllimov Sabah
13 Qismət Alıyev Zirə
14 Oruc Məmmədov Şamaxı
15 Fərid Yusifli Şəfa
16 Rüfət Abdullazadə Hapoel Kiryat Ş. (İsrail)
17 Namik Ələsgərov Kəpəz
18 Murad Məmmədov Pafos (Yunanıstan)
19 Abdulla Xaybullayev Sabah
20 Aleksey İsayev Sabah
21 Xəyal Əliyev Sabah
22 Emil Mustafayev Sumqayıt
23 Emin Mahmudov Neftçi
24 Nihat Əhmədzadə Sumqayıt
25 Mahir Emreli Rakuv (Polşa)
26 Musa Qurbanlı Qarabağ
27 Lorenzo Mezzotero Sampdoriya (İtaliya)