Azərbaycan millisi Qəbələdə Yaponiya ilə üz-üzə - YENİLƏNİR
Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-20 milli komandası növbəti yoxlama oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Rui Jorjenin baş məşqçisi olduğu kollektiv Yaponiyadan olan həmyaşıdları ilə qarşılaşır.
Qəbələ şəhər stadionunda baş tutan görüşdə ilk hissədən sonra hesab açılmayıb.
Xatırladaq ki, yığmamız 2 gün əvvəl Qəbələdə yoxlama qarşılaşmasında Moldova millisinə uduzub (0:1).
Yoxlama oyunu
16:00 Azərbaycan U-20 - Yaponiya U-20 0:0
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

