Azərbaycan millisi Avropa çempionatında darmadağın edildi

Azərbaycan millisi Avropa çempionatında darmadağın edildi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda mübarizəyə başlayıb.

"Mediasport" xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan yığmamız ilk tur çərçivəsində meydan sahibi Litva kollektivi ilə qarşılaşıb.

Kaunasdakı "Raudondvario" stadionunda keçirilən görüş yığmamızın darmadağını ilə nəticələnib - 0:4.

Komandamız növbəti matçını martın 28-də Şimali İrlandiya futbolçularına qarşı keçirəcək.