Millimiz Qəbələdə Gürcüstan yığması ilə üz-üzə gələcək

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-17 millisi ikinci yoxlama görüşünü bu gün keçirəcək.
"Mediasport" xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Görüş saat 17:00-da start götürəcək.
Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.