Millimizin futbolçusu Cənubi Koreyada növbəti qələbəyə sevindi

Millimizin futbolçusu Cənubi Koreyada növbəti qələbəyə sevindi

Anton Krivotsyukun formasını geyindiyi "Daejon" Cənubi Koreyanın 1-ci Liqasında növbəti oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, millimizin futbolçusunun komandası 25-ci turda "Suvon"u məğlub edib (3:2).

Anton bu qarşılaşmada 90 dəqiqə mübarizə aparıb.

"Daejon" yarışın turnir cədvəlində 42 xalla ikinci yerdədir. Krivotsyukun komandası lider "Yonbuk"dan 15 xal geri qalır.