Bədavi, Rahil, Rəhman, Renat millinin siyahısından çıxarıldı
Azərbaycan yığmasının bu axşam UEFA Millətlər Liqasının D2 qrupunda Lixtenşteynlə matç üçün ümumi heyəti məlum olub.
"Mediasport" xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun UEFA-ya göndərilən siyahısında 23 futbolçu yer alıb.
Bədavi Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Mustafa Əhmədzadə, Fərid Yusifli, Ceyhun Nuriyev və Renat Dadaşovun adı siyahıda salınmayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.

