Ayxan Abbasovlu yığmamız makedoniyalılarla bərabərə qaldı

Ayxan Abbasovlu yığmamız makedoniyalılarla bərabərə qaldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan U-21 Azərbaycan millisi növbəti yoldaşlıq matçında qüvvəsini sınayıb.

"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız Şimali Makedoniya futbolçuları ilə qarşılaşıb.

Görüş heç-heçə başa çatıb - 0:0.

Qeyd edək ki, yığmamız Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda Moldova seçməsini məğlub edib (2:0).