Ölkə çempionatının debütantı bombardiri ilə yollarını ayırdı
Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan “Şirvan”da ayrılıq qeydə alınıb.
"Mediasport" xəbər verir ki, bölgə klubu yarımmüdafiəçi Cavid Nəcizadə ilə yollarını ayırıb.
2024/2025-ci illər mövsümündə AFFA Region Liqasının bombardiri olan Nəcizadə ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
20 qolla şirvanlıların finala çıxmasında pay sahibi olmuş futbolçu cari mövsüm 14 oyunda 2 dəfə fərqlənib.
Xatırladaq ki, “Şirvan” debüt etdiyi 2-ci Liqada mövsümün ilk yarısını 23 xalla 6-sı sırada başa vurub.
Aranlılar liderlərdən 16 xal geri qalırlar.
