Peşəkar Futbol Liqası Şəki klubunun üzvünü mükafatlandırdı
Azərbaycan 2-ci Liqasında yarışan "Şəki Siti”nin futbolçusu Rəsul İbrahimov mükafatlandırılıb.
"Mediasport" xəbər verir ki, “Ayın qolu” layihəsinin qalibini Peşəkar Futbol Liqası təltif edib.
Aprel ayının ən yaxşı qolunun müəllifinə mükafatı 26-cı turun “Göygöl”lə matçından əvvəl PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
