İsmət Quliyev Moskvada "WBA Asia" çempionluq titulunu qazandı

Azərbaycanlı boksçu İsmət Quliyev çempionluq kəməri yarışında növbəti uğurunu qazanıb.
"Mediasport" xəbər verir ki, idmançı Moskvada keçirilən turnirdə "WBA Asia" çempionluq titulunu əldə edib.
Quliyev tanzaniyalı rəqibi İssa Manyanzaya "undercard" mərhələsində nokautla qalib gəlib.
Boks gecəsi Rusiya Federasiyası Prezidentinin Təhlükəsizlik Xidmətinin yaradılması gününə həsr olunub.