Peşəkar Futbol Liqasının keçirdiyi region layihəsi davam etdiriləcək

Peşəkar Futbol Liqasının keçirdiyi region layihəsi davam etdiriləcək

Peşəkar Futbol Liqasının (PFL) bir neçə ildir idman jurnalistləri üçün həyata keçirdiyi region layihəsi davam etdiriləcək.

"Mediasport" xəbər verir ki, qurum üç mövsümdür idman KİV-nin regionlarda keçirilən oyunları işıqlandırması üçün maddi dəstək verir.

Layihə, eyni zamanda, bölgələrimizdə futbola olan azarkeş marağının daha böyük auditoriyaya çatdırılmasına nail olmaq məqsədi daşıyır.

Layihəyə qatılmaq üçün müraciət edən media mənsubları və onların əməkdaşları ilə bağlı son qərar hüququ Peşəkar Futbol Liqasına məxsusdur.