Azərbaycan milli komandası FİFA reytinqində üç pillə irəlilədi

Azərbaycan milli komandası FİFA reytinqində üç pillə irəlilədi

Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində üç pillə irəliləyib.

"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1136,67 xalla 124-cü pillədə qərarlaşıb.

Yığmamızın irəliləməsinə martda Azərbaycanda keçirilən "FİFA Series – 2026" beynəlxalq turniri səbəb olub.

Sent Lusiya seçməsini 6:1 hesabı ilə məğlub edən komanda finalda Syerra Leone ilə bərabərə (1:1) qalsa da, penaltilər seriyasında daha dəqiq zərbələrlə turnirin qalibi adını qazanıb.

Dünya reytinqinə 1877,32 xalla Fransa yığması başçılıq edir.