PFL yeni sponsor tapdı - RƏSMİ
Peşəkar Futbol Liqası (PFL) Futbol üzrə Azərbaycan Kuboku yarışlarına sponsor tapıb.
"Mediasport" xəbər verir ki, cari mövsüm turnirin baş sponsoru "Avrora" şirkəti olacaq.
Bu gün tərəflər arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib.
Müqaviləni PFL tərəfindən qurumun rəhbəri Elxan Səmədov və "Avrora Qrup"un prezidenti Ceyhun Abbasov imzalayıblar.
Tədbirdə PFL və şirkətin rəhbərliyi ilə yanaşı, klub rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Anlaşmaya əsasən, “Bizon” brendi Azərbaycan Kubokunun rəsmi titul sponsoru olaraq turnirin maliyyə dəstəklənməsində iştirak edəcək və yarış bundan sonra “Bizon Azərbaycan Kuboku” adı ilə keçiriləcək.
PFL isə öz növbəsində sponsorun reklam və tanıdılma imkanlarını təmin edəcək. Bu müqavilə ilə futbol üzrə Azərbaycan Kubokuna uzun müddət sonra baş sponsor dəstəyi qayıtmış olub.
