"Sabah"ın U-19 komandası "Mançester Yunayted" səfərində
Bu gün "Sabah" klubunun U-19 komandası UEFA Gənclər Liqasında ilk matçına çıxacaq.
"Mediasport" xəbər verir ki, təmsilçimiz Liqa mərhələsinin 1-ci turu çərçivəsində İngiltərədə "Mançester Yunayted"lə qarşılaşacaq.
Mançester şəhərində baş tutacaq görüş Bakı vaxtilə saat 17:00-da başlanacaq.
Xatırladaq ki, komandamız əsas raundda 6 oyun keçirəcək.
Növbəti turlarda rəqiblərimiz ardıcıl qaydada "Slaviya" (Çexiya), "Borussiya" Dortmund (Almaniya), "Vikinq" (Norveç), "Barselona" və "Vilyarreal" (hər ikisi İspaniya) olacaq.

