"Qarabağ" İslandiyaya yollandı
"Qarabağ" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Vestri" ilə cavab oyunu üçün İslandiyaya yollanıb.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi ada ölkəyə çarter reysi ilə səfər edəcək.
Matç iyulun 16-dan 17-nə keçən gecə saat 00:00-da start götürəcək.
Təmsilçimiz ötən həftə Bakıda rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb.


