Polşa klubu Mahir Emrelinin yeni baş məşqçisinin adını açıqladı
Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin formasını geyindiyi Polşanın "Rakuv" klubunun yeni baş məşqçisi açıqlanıb.
"Mediasport" xəbər verir ki, Çestoxova təmsilçisi David Şulçekə tapşırılıb.
Komandİstefaya göndərilən David Kroçekin məşqçilər korpusunda yer alan mütəxəssislə anlaşmanın detalları barədə məlumat verilməyib.
O, "Rakuv"da bu ilin yanvarından işləyir.
Xatırladaq ki, komanda avrokuboklarla erkən vidalaşmaqla bərabər, Polşa Yüksək Liqasında keçirdiyi hər iki oyunda uduzub.
Almaniyanın "Kayzerslautern" klubuna məxsus Emreli Polşada icarə əsasında oynayır.


