Azərbaycan - Şotlandiya oyununu qazax hakimlər idarə edəcəklər

 Azərbaycan - Şotlandiya oyununu qazax hakimlər idarə edəcəklər

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Şotlandiya oyununun hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, oktyabrın 14-də Bakıda baş tutacaq matç Qazaxıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.

Baş hakim Sayat Karabayevə yan xətdə Yuri Tixonyuk və Yevgeni Belski kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Saken Bayımbet yerinə yetirəcək.

Mərdəkanda yerləşən "Dalğa Arena"da reallaşacaq görüş saat 19:00-da başlanacaq.