Nəriman ABŞ-də 90 dəqiqə oynadı, komandası mərhələ adladı

Nəriman ABŞ-də 90 dəqiqə oynadı, komandası mərhələ adladı

ABŞ Açıq Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kryu" səfərdə 1-ci Liqa klubu "Riçmond Kikkers"lə qarşılaşıb.

Matç kolumbusluların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb, yığmamızın hücumçusu 90 dəqiqə meydanda olub.

"Kolumbus Kryu"nun 1/8 finala yüksəlməsinə töhfə verən forvard qollardan birinin vurulmasında iştirak edib.