Yığmamızın futbolçusu 3-cü Liqa klubunda oynayacaq - RƏSMİ

Yığmamızın futbolçusu 3-cü Liqa klubunda oynayacaq - RƏSMİ

Azərbaycan U-21 yığma komandasının futbolçusu Yusuf Mehtiyev özünə yeni klub tapıb.

"Mediasport" xəbər verir ki, milliizin hücumçusu Gürcüstanın 3-cü Liqasında oynayacaq.

Forvard 3-cü liqaya düşən "Lokomotiv"ə keçib. O, Tbilisi təmsilçisinin heyətində ilin sonuna qədər forma geyinəcək.

Qeyd edək ki, Gürcüstanda Tbilisi "Dinamo"sunun yetirməsi olan Mehtiyev burada “Kolxeti” (Poti) və “Meşaxte”də də çıxış edib.