Milli komandamız Türkiyədə Qırğızıstandan 3 top buraxdı

Milli komandamız Türkiyədə Qırğızıstandan 3 top buraxdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan yığmamız Qırğızıstana uduzub (1:3).

Komandamızın heyətində penaltidən Nihad Əhmədzadə fərqlənib, digər penaltini isə Murad Məmmədov qaçırıb.

Xatırladaq ki, futbolçularımız ilk yoxlama duelində Bəhreyni 3:0 hesabı ilə məğlub etmişdilər.