Azərbaycandan ayrılıb Tailand klubu ilə müqavilə bağladı

Azərbaycandan ayrılıb Tailand klubu ilə müqavilə bağladı

2025/2026 mövsümünün sonunda "Araz-Naxçıvan"dan ayrılan Felipe Santosun yeni iş yeri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, o, karyerasını Tailandda davam etdirəcək.

Forvard "Banqkok Yunayted"lə 2 illik müqavilə imzalayıb.

Felipe başa çatan sezon Muxtar Respublika təmsilçisinin heyətində ümumilikdə 31 oyuna çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.