"Hədəfimiz İspaniyada da 3 xal qazanmaqdır" - Kamilo Duran

"Hədəfimiz İspaniyada da 3 xal qazanmaqdır" - Kamilo Duran

“Rəqibimiz “Atletik”dir, bu Çempionlar Liqası oyunudur. Aydın məsələdir ki, əlavə şərhə ehtiyac yoxdur".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kamilo Duran deyib.

Ağdam klubunun vingeri İspaniyaya yaxşı nəticə dalınca yollanacaqlarını bildirib:

"Bizi səfərdə çətin oyun gözləyir. Amma oraya məqsədimizə çatmaq üçün gedəcəyik. Hədəfimiz İspaniyada da 3 xal qazanmaqdır".

23 yaşlı kolumbiyalı baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdığını qeyd edib:

"Mənim üçün hansı mövqedə oynamağımın fərqi yoxdur. Məşqçi hansı mövqedə oynatsa, əlimdən gələni edəcəm. Komandama fayda vermək istəyirəm".

Xatırladaq ki, "Qarabağ" oktyabrın 22-də ÇL-in əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbaoda "Atletik"lə qarşılaşacaq.