Azərbaycanın daha bir klubu beynəlxalq təşkilatın üzvü oldu
"Şəfa" FK Avropa Futbol Klubları (EFC) təşkilatına üzv qəbul edilib.
"Mediasport" xəbər verir ki, bununla bağlı qurum tərəfindən kluba rəsmi məktub göndərilib.
Məktubda "Şəfa"nın Avropanın müxtəlif ölkələrini təmsil edən 800-dən çox klubun yer aldığı böyük futbol icmasının üzvü olduğu qeyd edilib.
Məktubda "Şəfa"nın üzvlüyünün klubun Avropa futbolunun ortaq gələcəyinə sadiqliyinin göstəricisi olduğu qeyd edilib.
Təşkilat rəhbərliyi Azərbaycan təmsilçisilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Xatırladaq ki, 1-ci Liqada çempion olan "Şəfa" 2026/2027 mövsümündən Premyer Liqada mübarizə aparacaq.


