"Qəbələ" "Şamaxı"ya qalib gəldi

 "Qəbələ" "Şamaxı"ya qalib gəldi

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” və “Şamaxı” klubları yoxlama oyununda üz-üzə gəliblər.

"Mediasport" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Bu, komandaların yay təlim-məşq toplanışı çərçivəsində ilk hazırlıq matçı olub.