Elçin Quliyev Avropa çempionu olan millimizi mükafatlandırdı

Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilmiş Avropa çempionatının qalibi olan Azərbaycan milli komandası mükafatlandırılıb.
"Mediasport" xəbərverir ki, Azərbaycan Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev yığma üzvlərini qəbul edib.
Federasiya rəhbəri təltifetmə mərasimində idmançılara göstərdikləri yüksək nəticəyə görə təşəkkürünü bildirib.
O, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və ARAF-nin dəstəyinin davamlı olacağını vurğulayıb.