"Kəpəz"in legioner futbolçusu çiynindən əməliyyat olundu

 "Kəpəz"in legioner futbolçusu çiynindən əməliyyat olundu

“Kəpəz”in futbolçusu Mahamadu Ba əməliyyat olunub.

"Mediasport" xəbər verir ki, “Sabah”la oyunda zədələnən futbolçu çiynindən əməliyyat keçirib.

Müayinələr nəticəsində 26 yaşlı yarımmüdafiəçimizin çiynində iki bağın qırıldığı müəyyən edilib.

Əməliyyat uğurla başa çatıb. Banın 2-3 həftə ərzində məşqlərə başlaması gözlənilir.