Avarçəkənlərimiz Bolqarıstandakı Dünya Kubokunda üçüncü oldular
Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kuboku keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycanı təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə iki nəfərlik qayıqda üçüncü yeri tutublar.
Ziya - Nurlan cütlüyü 2000 metr məsafədə finiş xəttini üçüncü keçərək bürünc medala sahib olublar.


