Azərbaycanın üç avarçəkəni "Türküstan Kuboku"nda yarışacaq

Azərbaycanın üç avarçəkəni "Türküstan Kuboku"nda yarışacaq

Azərbaycan avarçəkənləri Qazaxıstanda keçiriləcək "Türküstan Kuboku" beynəlxalq yarışda iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, ölkəmiz turnirdə üç idmançı ilə təmsil olunacaq.

15-16 sentyabr tarixlərində təşkil ediləcək yarışda Azər İlyasov, Cahangir Məmmədli və Nurlan Paşayev mübarizə aparacaq.

İdmançılarımız Sırdərya çayında çempionluq uğrunda yarışacaqlar.