Azərbaycanlı idmançı Litvadakı beynəlxalq turnirdə yarışacaq

  Azərbaycanlı idmançı Litvadakı beynəlxalq turnirdə yarışacaq

Litvada təlim-məşq toplanışında olan akademik avarçəkmə üzrə U-19 yığma komandamızın üzvü Azər İlyasov növbəti beynəlxalq turnirdə iştirak edəcək.

"Mediasport" xəbər verir ki, idmançımız iyulun 11-12-də Litvanın Şaulyay şəhərində təşkil olunacaq Açıq Litva çempionatında mübarizə aparacaq.

Yarışda U-19 və U-23 yaş kateqoriyalarında çıxış edən idmançılar güclərini sınayacaqlar.