Yığmamız Türkiyədə "Bahar Kuboku"nu 3 medalla başa vurdu

Yığmamız Türkiyədə "Bahar Kuboku"nu 3 medalla başa vurdu

Türkiyənin Muğla şəhərində kanoe və kayak üzrə "Bahar Kuboku" beynəlxalq reqatası keçirilib.

Azərbaycan Su İdman Növləri Federasiyasından "Mediasport"a verilən məlumata görə, komandamız yarışı 2 gümüş, 1 bürünc medalla başa vurub

Bir nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli iki kateqoriyada gümüş mükafat qazanıb.

O, həm 1000, həm də 500 metr məsafəyə yürüşdə ikinci yeri tutub.

Bir nəfərlik kanoedə 500 metr məsafəyə yürüşdə bürünc medalı isə 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Fəxri Məmmədli əldə edib.