Prezident tarixi uğur qazanan milli komandanı mükafatlandırdı

Prezident tarixi uğur qazanan milli komandanı mükafatlandırdı

Özbəkistan prezidenti Şavkat Mirziyoyev tarixi uğura imza atan milli komandanın baş məşqçisi və futbolçularını ilk dəfə dünya çempionatının final mərhələsinə çıxmaları münasibətiilə mükafatlandırıb.

"Mediasport" xəbər verir ki, onlara ölkənin yüksək titullu “Özbəkistanın iftixarı” fəxri adları verilib.

Özbəkistan Futbol Assosiasiyasının 1-ci vitse-prezidenti Ravşan İrmatov “Fədakar xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Məşqçilər korpusunun üzvləri “Dostluq” ordeni, assosiasiyanın bəzi işçiləri isə "Şöhrət" medalına layiq görülüblər.