Azərbaycanın iki idmançısı 24 aylıq diskvalifikasiyaya məruz qaldı

Azərbaycanın iki idmançısı 24 aylıq diskvalifikasiyaya məruz qaldı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycanın iki idmançısı haqda sanksiya qəbul edib.

"Mediasport" xəbər verir ki, karateçi İlkin Abaslı və boksçu Rüfət Nəbiyev 24 aylıq diskvalifikasiya olunub.

Abaslının cəzalanmasına səbəb qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.

Sanksiya qərarı bu il mayın 29-dan qüvvəyə minib. Cəzanın müddəti 2027-ci il mayın 29-da bitəcək.

Nəbiyev isə məkan məlumatı pozuntusuna yol verdiyi üçün cəzaya məruz qalıb.

Onun cəzası keçən il dekabrın 3-dən hesablanmağa başlanılıb.