Ronaldudan 925-ci qol - VİDEO

Ronaldudan 925-ci qol - VİDEO

Dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldu karyerası ərzində vurduğu qolların sayını 925-ə çatdırıb.

"Mediasport" xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Nəsr" komandasında çıxış edən 40 yaşlı forvard buna Pro Liqanın 22-ci turunun "Əl Vəhdə" ilə qarşılaşmasında nail olub.

Portuqaliyalı superulduz Riyad təmsilçisinin 2:0 hesabı ilə qalib gəldiyi görüşün 48-ci dəqiqəsində hesabı açıb.

Matçda digər qolu sabiq "Liverpul"lu Sadio Mane vurub.

Hücumçu bir müddət əvvəl peşəkar karyerasında vurduğu qolların sayını rəsmən 1000-ə çatdırmaq arzusunda olduğunu açıqlamışdı.